İraqda toqquşmalar zamanı 47 polis əməkdaşı xəsarət alıb

İraqda toqquşmalar zamanı 47 polis əməkdaşı xəsarət alıb İraqın cənubundakı Nəcəf şəhərində İran konsulluğunun binası ətrafında nümayişçilərlə toqquşmaların gedişatında onlarla polis əməkdaşı xəsarət alıb.
Digər ölkələr
28 Noyabr , 2019 04:11
İraqda toqquşmalar zamanı 47 polis əməkdaşı xəsarət alıb

İraqın cənubundakı Nəcəf şəhərində İran konsulluğunun binası ətrafında nümayişçilərlə toqquşmaların gedişatında onlarla polis əməkdaşı xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə eyniadlı əyalətin qubernatoru Luay əl-Yasiri "Əl-Ərabiyyə" telekanalına bildirib.

"İran konsulluğu yaxınlığında hadisələr zamanı Nəcəfin 47 polis əməkdaşı xəsarət alıb", - deyə əl-Yasiri bildirib.

Bundan başqa, o, yanğınsöndürənlərin konsulluqdakı alovu söndürməyə davam etdiklərini vurğulayıb. Qubernator həmçinin əlavə edib ki, polis nümayişçiləri dağıtmaq üçün döyüş patronları tətbiq etməmək barədə ciddi göstərişlər alıb.

Daha əvvəl şahidlər bildiriblər ki, İran konsulluğunun binası ətrafında təhlükəsizlik qüvvələri ilə toqquşmaların gedişatında onlarla nümayişçi zərər çəkib. Təhlükəsizlik sahəsində mənbənin məlumatına görə, zərər çəkənlərin sayı 80 nəfəri ötüb.

"Shafaq" agentliyinin xəbərinə görə, nümayişçilər konsulluğun binasını yandırıblar. Əyalətlərdə komendant saatı tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi