Yuxarı

​İraqın Bəyci şəhərində 40-a yaxın könüllü öldürülüb

Yaralıların sayı barədə məlumat yoxdur

Bakı. 02 İyun. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri tərəfindən İraqın Bəyci şəhərində (Səlahəddin əyaləti) minalanmış avtomobillərin partladılması nəticəsində ən azı 40 könüllü döyüşçü həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "Əl-Arabiyə" telekanalı məlumat yayıb.

Məlumata görə, "ən azı 40 İraq hərbçisi İŞİD terrorçuları tərəfindən Bəyci şəhərindəki könüllülərin mövqelərinə göndərilən dörd minalanmış avtomobilin partladılması nəticəsində həlak olub".

Yaralıların sayı barədə məlumat yoxdur.

Paytaxt Bağdadın 200 km. şimalında yerləşən Bəycidə ölkənin iri neft emalı zavodu yerləşir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi