​İraqın baş naziri: "Tehranın müstəqilliyimizə hörmətlə yanaşması vacibdir"

​İraqın baş naziri: "Tehranın müstəqilliyimizə hörmətlə yanaşması vacibdir" Heydər əl-İbadi ABŞ prezidenti Barak Obama, vitse-prezident Co Bayden və Konqres üzvləri ilə görüşüb
Digər ölkələr
17 Aprel , 2015 13:08
​İraqın baş naziri: Tehranın müstəqilliyimizə hörmətlə yanaşması vacibdir

Bakı. 17 aprel. REPORT.AZ/ "İŞİD-ə qarşı mübarizədə İranın İraqa etdiyi yardımları məmnuniyyətlə qarşılayırıq, ancaq Tehranın bizim müstəqilliyimizə hörmətlə yanaşması vacibdir". "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-İbadi Vaşinqtonda Strateji və Beynəlxaq Araşdırma Mərkəzində keçirilən konfransda bildirib.

O, İranın İraqda İŞİD-ə qarşı bəzi əməliyyatları dəstəklədiyi ilə bağlı deyib: "İranlı dostlarıma çox açıq söylədim ki, İraqa göstərdiyiniz köməkliyi, İran hakimiyyətinin bizə dəstəyini məmnuniyyətlə qəbul edirik, buna görə çox təşəkkürümüzü bildiririk. Ancaq hər şey İraq hökumətinin razılığı və xətti ilə həyata keçirilməilidir" .

İraqın hökumət başçısı ABŞ-a silah istəyi ilə bağlı gəldikləri haqda deyilənlərin əsassız olduğunu vurğulayıb: "Görüşlərimdə "F-16" qırıcılarının vaxtında təhvil verilməsini istəmişəm və bu haqda bizə təminat verilib".

Heydər əl-İbadi üç gün ABŞ-da səfərdə olub . Bu müddətdə o, prezident Barak Obama, vitse-prezident Co Bayden və Konqres üzvləri ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi