Bakı. 16 oktyabr. REPORT.AZ/ “Peşmərgə" silahlıları (İraqın şimalındakı yerli hökumətin silahlıları nəzərdə tutulur - “Report”) İraq ordusunun nəzarəti altında olmalıdır”.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İraqın Baş naziri Heydər əl-İbadi Kərküklə bağlı əməliyyatdan danışarkən bildirib.
Onun sözlərinə görə, Bağdad Kərkükdə hakimiyyətin bərqərar olması üçün öz Konstitusiya, təhlükəsizlik və milli sərvətin qorunması uğrunda borcunu yerinə yetirir.
Qeyd edək ki, Kərkükdəki hərbi hava lmanı, neft quyuları və neft emalı zavodunun İraq ordusu tərəfindən "peşmərgə" qüvvələrindən azad edildiyi haqqında məlumat yayılıb.