​İraqın baş naziri: "İŞİD üzərində qələbə 2016-cı ildə çalınacaq"

​İraqın baş naziri: "İŞİD üzərində qələbə 2016-cı ildə çalınacaq" Bu gün hökumət qüvvələri Ramadi şəhərini terrorçulardan azad ediblər
Digər ölkələr
28 Dekabr , 2015 23:01
​İraqın baş naziri: İŞİD üzərində qələbə 2016-cı ildə çalınacaq

Bakı. 28 dekabr. REPORT.AZ/ İraq ərazisində "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) üzərində qələbə 2016-cı ildə çalınacaq.

"Report" xəbər verir ki, bunu ölkənin baş naziri Heydər əl-Abadi bildirib.

"2016-cı il böyük və qəti qələbə ili olacaq. Həmin il İŞİD-in İraqda mövcudluğuna son qoyulacaq", - deyə "Reuters" baş nazirin sözlərini sitat gətirib.

Bu gün İraqın hökumət qüvvələrinin Ramadi şəhərini İŞİD terrorçularından tam olaraq azad etdiyi xəbəri yayılıb.

Son xəbərlər

Orphus sistemi