İraqın baş naziri: “İŞİD-lə mübarizəyə 100 milyard dollar xərcləmişik”

İraqın baş naziri: “İŞİD-lə mübarizəyə 100 milyard dollar xərcləmişik” Heydər əl-İbadi deyib ki, kürd xalqı ilə aralarında münasibətlərin qurulması üçün vasitəçiyə ehtiyac yoxdur
Digər ölkələr
11 Noyabr , 2017 14:07
İraqın baş naziri: “İŞİD-lə mübarizəyə 100 milyard dollar xərcləmişik”

Bakı. 11 noyabr. REPORT.AZ/ “Terrorçu İŞİD qruplaşmasına qarşı mübarizəyə 100 milyard dollar sərf etmişik”.

“Report” "ahaber"ə istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-İbadi Kərbəla şəhərindəki çıxışında deyib. 

O, mərkəzi hakimiyyətlə ölkənin şimalındakı Kürd Muxtar Əyaləti arasında yaranan böhrandan da danışıb. Baş nazir deyib ki, kürd xalqı ilə aralarında münasibətlərin qurulması üçün vasitəçiyə ehtiyac yoxdur: "İraq ordusuna qarşı çıxmayanların (İraqın şimalındakı kürd muxtariyyətinin “peşmərgə” adlanan silahlı dəstəsini nəzrədə tutur – “Report”) xəyanətdə ittiham olunması üzücüdür”.

Heydər əl-İbadi İraq parlamentinə seçkilərin əvvəlcədən elan olunan vaxtda - 2018-ci ilin mayında keçiriləcəyini vurğulayıb. O, Haşdi Şabinin hərbi qurum olduğu üçün seçkidə iştirak etməyəcəyini bildirib. 

Son xəbərlər

Orphus sistemi