İraqın baş naziri İrana səfərini ləğv edib

İraqın baş naziri İrana səfərini ləğv edib Bakı. 13 avqust. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-İbadi İrana səfərini ləğv edib.
Digər ölkələr
13 Avqust , 2018 10:36
İraqın baş naziri İrana səfərini ləğv edib
AP Photo / Hadi Mizban

Bakı. 13 avqust. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-İbadi İrana səfərini ləğv edib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb.

Bildirilib ki, Heydər əl-İbadi planlaşdırıldığı kimi, avqustun 14-də Türkiyəyə səfər edəcək. Amma baş nazir İrana getməyəcək. 

Qeyd edək ki, Heydər əl-İbadi Türkiyədən sonra İrana da səfər etməyi planlaşdırırdı. 

Xatırladaq ki, daha əvvəl İraq Mərkəzi Bankı kommersiya banklarını ABŞ-ın qüvvəyə minən sanksiyaları ilə əlaqədar İranın kredit təşkilatlarıyla ABŞ dollarında əməliyyatlar aparılmasının qadağan olunması barədə məlumatlandırıb. İraq Mərkəzi Bankı əməliyyatların avro ilə aparılmasına qadağa qoymayıb və bunun Aİ-nin Mərkəzi Bankı və müvafiq müxbir bankların tələblərindən asılı olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi