İraqın baş naziri hökumət qoşunlarının Mosulda "böyük qələbə" qazandıqlarını bildirib

İraqın baş naziri hökumət qoşunlarının Mosulda "böyük qələbə" qazandıqlarını bildirib "Biz, başqalarının yanıldığını sübut etdik"
Digər ölkələr
5 İyul , 2017 04:03
İraqın baş naziri hökumət qoşunlarının Mosulda böyük qələbə qazandıqlarını bildirib

Bakı. 5 iyul. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-Abadi bildirib ki, ölkə qoşunları Mosulda İŞİD terror təşkilatı yaraqlılarını məğlub etməklə "böyük qələbə" qazanıblar.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

"Bizə azad etmək (Mosulu. — Report) müyəssər oldu. Biz, başqalarının yanıldığını sübut etdik. Mosul sakinləri terrorçuluq ilə mübarizədə bizim təhlükəsizlik qüvvələrini dəstəklədilər", - deyə o əlavə edib.

Baş nazir Bağdadda keçirilən mətbuat konfransında şəhərin dağılmış rayonlarının bərpası ilə bağlı artıq sərəncam verdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi