Yuxarı
    Bağlamaq

    ​İraq ordusu əl-Falluc şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatına start verib

    Əməliyyatda silahlı qüvvələrin bütün bölmələri iştirak edir

    Bakı. 23 may. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-Əbadi İŞİD terror qruplaşmasının işğalı altında olan əl-Fəlluc şəhərinin azad olunması əməliyyatının başlandığını elan edib. 

    "Report"un məlumatına görə, bu haqda "Sputnik" agentliyi xəbər verib.

    "Əl-Fəlluc şəhərini azad etməyin vaxtı çatıb", - deyə baş nazir bildirib.

    Onun sözlərinə görə, əməliyyatda ölkənin silahlı qüvvələrin bütün hərbi bölmələri, o cümlədən hakimiyyətin tərəfində vuruşan birləşmələr iştirak edir. 

    Əməliyyata könüllülər də dəstək verir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi