Yuxarı

​İraqın baş naziri 120-dən çox məmuru istefaya göndərib

Bu addım dövlət institutlarının işində səmərəliliyin artırılması məqsədi ilə atılıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-Abadi çərşənbə günü hökumət orqanlarında yüksək vəzifə tutan 123 məmuru tutduğu vəzifəsindən azad edib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti nümayəndəsinə istinadən "Əs-Sumariya" telekanalı məlumat yayıb.

"Nazirlər Kabinetinin rəhbəri dövlət institutlarının işində səmərəliliyin artırılması məqsədi ilə islahatlar paketinin reallaşdırlması çərçivəsində 123 idarə rəhbəri müavini və onların baş direktorlarının vəzifələrindən kənarlaşdırılması barədə qərar qəbul edib", - deyə hökumətdəki mənbə bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi