Bakı. 24 oktyabr. REPORT.AZ/ İraq ordusu Mosul əyalətinin 50-dən çox yaşayış məntəqəsini terrorçu İŞİD qruplaşmasından azad edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Mosul və Əl-Kiyar şəhərləri arasındakı strateji yaşayış məntəqələri terrorçulardan təmizlənib.
Qeyd edək ki, oktyabrın 17-də Mosul əyalətinin İŞİD-dən təmizlənməsi əməliyyatına başlanılıb.