İraqın 33 hərbçisi Fəlluca şəhəri yaxınlığında həlak olub

İraqın 33 hərbçisi Fəlluca şəhəri yaxınlığında həlak olub Onlar İŞİD terrorçularının qurduğu pusquya düşüblər
Digər ölkələr
1 İyun , 2016 19:20
İraqın 33 hərbçisi Fəlluca şəhəri yaxınlığında həlak olub

Bakı. 1 iyun. REPORT.AZ/ İraq ordusunun 30-dan çox hərbçisi Əl-Fəlluca şəhəri yaxınlığında İŞİD terrorçularının pusqudan onlara hücum etməsi nəticəsində öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

"33 İraq hərbçisi Əl-Fəlluca şəhərinin cənub dairəsində İŞİD ekstremistlərinin pusqudan onlara hücum etməsi nəticəsində həlak olublar", - deyə məlumatda bildirilir.

İnsidentin təfərrüatları açıqlanmır.

Son xəbərlər

Orphus sistemi