İraqın şimalında keçirilən “referendum”un ilkin nəticələri açıqlanıb

İraqın şimalında keçirilən “referendum”un ilkin nəticələri açıqlanıb Rəsmi nəticələr sentyabrın 28-də açıqlanacaq
Digər ölkələr
157
26 Sentyabr , 2017 10:08
İraqın şimalında keçirilən “referendum”un ilkin nəticələri açıqlanıb
РИА Новости / Дмитрий Виноградов

Bakı. 26 sentyabr. REPORT.AZ/ İraqın şimalında yerli hökumətin təşəbbüsü ilə keçirilən “referendum”un ilkin nəticələri açıqlanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, İraqın şimalındakı yerli hökumətin Referendum və Seçkilər üzrə Ali Müstəqil Komissiyasının məlumatına görə, seçkilərdə iştirak edənlərin 93%-dən çoxu regionun müstəqilliyinin lehinə səs verib. Bu rəqəmlər səsləri hesablanan 282 min seçicinin (səs verənlərin təxminən 9%-i) fikrinə əsasən göstərilib.

Komissiyanın sədri bildirib ki, seçicilərin cəmi 6,71%-i regionun müstəqilliyinin əleyhinə səs veriblər. O, hesablamaların davam etdiyini və buna görə də nəticələrin dəyişə biləcəyini də vurğulayıb. Qeyd edək ki, yekün nəticələr sentyabrın 28-də açıqlanacaq.

Bu arada BMT-nin baş katibi Antoniu Quterriş İraqın şimalında referendum keçirilməsindən narahatlığını bildirib və İraqın suverenliyini, ərazi bütövlüyünü və birliyini dəstəklədiyini açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi