İraqdan olan kürd döyüşçülərin bir qismi Kobaniyə daxil olub

İraqdan olan kürd döyüşçülərin bir qismi Kobaniyə daxil olub Türkiyədə qalan təxminən 100 kürd döyüşçü isə Suriya sərhədini keçmək üçün öz növbəsini gözləyir
Digər ölkələr
30 oktyabr 2014 12:38
İraqdan olan kürd döyüşçülərin bir qismi Kobaniyə daxil olub

Bakı. 30 oktyabr. REPORT.AZ/ İraqdan olan kürd döyüşçülərin (peşmərgə) bir qismi Türkiyə sərhədini keçərək, "İslam Dövləti" (İD) yaraqlılarla mübarizə aparmaq üçün Suriyanın Kobani şəhərinə daxil olub.

Report-un Reuters agentliyinə istinadən verilən məlumata görə, təxminən 10 peşmərgə döyüşçü Kobaninin müdafiəçilərinə qoşularaq, İD-ə qarşı döyüşməyə başlayıblar.

Türkiyədə qalan təxminən 100 kürd döyüşçü isə Suriya sərhədini keçmək üçün öz növbəsini gözləyir.

Qeyd edək ki, bu yaxınlarda Türkiyə hökuməti İraqdan olan kürd döyüşçülərinin bir qisminə öz ərazisindən "İslam Dövləti" tərəfindən mühasirəyə alınan Kobani şəhərinə keçməyə icazə verib.

Son xəbərlər

Orphus sistemi