Yuxarı

​İraqdakı terror partlayışını İŞİD törədib

İki minalanmış avtomobil partladılması nəticəsində 38 nəfər həlak olub

Bakı. 1 May. REPORT.AZ/ Bu gün İraqın cənubunda yerləşən Əs-Səməva şəhərində baş verən iki partlayışı İŞİD terror təşkilatı törədib. "Report"un məlumatına görə, bu haqda "AFP" məlumat yayıb.

Qeyd edək ki, şəhərdə iki minalanmış avtomobil partladılması nəticəsində 38 nəfər həlak olub, 86 nəfər yaralanıb.

Avtomobillərdən biri bələdiyyə şurası binasının qarşısında, digəri isə avtobus dayanacağı yaxınlığında dayanıbmış.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi