Yuxarı
    Bağlamaq

    ​İraqda yaşayış məntəqəsi İŞİD-dən təmizlənib

    Atışmalar nəticəsində 22 terrorçu zərərsizləşdirilib

    Bakı. 5 yanvar. REPORT.AZ/ İraqın təhlükəsizlik qüvvələri Ənbar əyalətinin Hadisə rayonunun Bervanə yaşayış məntəqəsini terrorçu İŞİD qruplaşmasından təmizləyib.

    "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda İraq Müdafiə Nazirliyinin yazılı açıqlamasında bildirilib.

    Bervanədəki təhlükəsizlik idarəsinin rəisi polkovnik Ziyad ən-Nemravinin sözlərinə görə, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin havadan endirdiyi zərbələr, İraq təhlükəsizlik gücləri, hökumətyönlü könüllülərin birgə keçirdiyi əməliyyat nəticəsində yaşayış məntəqəsi terrorçulardan təmizlənib.

    Məlumata görə, atışmalar nəticəsində 22 terrorçu zərərsizləşdirilib, 7 hökumət əsgəri həyatını itirib, 37 döyüşçü isə yaralanıb.   

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi