​İraqda vəba xəstəliyi yayılıb

​İraqda vəba xəstəliyi yayılıb BMT-nin Uşaq Fondu xəstəliyin yağışla daha geniş miqyasda yayılacağından ehtiyat edir
Digər ölkələr
7 Noyabr , 2015 09:43
​İraqda vəba xəstəliyi yayılıb

Bakı. 7 noyabr. REPORT.AZ/ İraqda vəba (xolera) xəstəliyinə yoluxanların sayı 2 200 nəfəri keçib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda BMT baş katibinin təmsilçisi Stefan Düjarrik məlumat verib.

Onun sözlərinə görə, BMT-nin Uşaq Fondu (UNİCEF) xəstəliyin yağışla daha geniş miqyasda yayılacağından ehtiyat edir.

İraqda vəba bu il sentyabrın ortalarında baş qaldırıb. Xəstəliyə yoluxanlar daha çox ölkə paytaxtı Bağdadda və Babil əyalətlərində qeydə alınıb.

Həkimlərin fikrincə, xəstəlik yararsız sudan və ya ərzaqdan istifadə səbəbindən yayılıb. 

Son xəbərlər

Orphus sistemi