İraqda Türkiyə diplomatlarına hücum olub, ölən və yaralananlar var - YENİLƏNİB

İraqda Türkiyə diplomatlarına hücum olub, ölən və yaralananlar var - YENİLƏNİB İraqın Ərbil şəhərində Türkiyə konsulluğu əməkdaşlarının olduğu restorana silahlı hücum nəticəsində 1 türk diplomat ölüb, 2-si yaralanıb.
Digər ölkələr
17 İyul , 2019 16:41
İraqda Türkiyə diplomatlarına hücum olub, ölən və yaralananlar var - YENİLƏNİB

İraqın Ərbil şəhərində Türkiyə konsulluğu əməkdaşlarının olduğu restorana silahlı hücum nəticəsində 1 türk diplomat ölüb, 2-si yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

Öldürülən diplomat Türkiyənin Ərbildəki baş konsulunun müavinidir. 

Diplomatlara hücum edən terrorçu öldürülüb.


*** 16:23

İraqın şimalında yerləşən Ərbil şəhərində Türkiyə konsulluğunun əməkdaşları olan restorana silahlı hücum nəticəsində 3 diplomat öldürülüb. 

“Report” "Hurriyet"ə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananlar da var. 

Əraziyə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım briqadaları cəlb olunub. 

Hücum edənlərin kimliyi hələlik məlum deyil. 

Son xəbərlər

Orphus sistemi