​İraqda törədilən silsilə partlayışlar nəticəsində 15 nəfər ölüb

​İraqda törədilən silsilə partlayışlar nəticəsində 15 nəfər ölüb Ən azı 46 nəfər yaralanıb
Digər ölkələr
16 May , 2016 01:33
​İraqda törədilən silsilə partlayışlar nəticəsində 15 nəfər ölüb

Bakı. 16 may. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda və ətrafında törədilən dörd partlayış nəticəsində ən azı 15 nəfər ölüb, təqribən 46 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə tibb işçilərinə istinadən "Associated Press" məlumat yayıb.

Bağdadın 30 km-də yerləşən Əl-Lətifiyə şəhərində minalanmış avtomobilin partladılması nəticəsində ikisi hərbçi olmaqla 7 nəfər ölüb, həmçinin aralarında dördü hərbçi olmaqla təqribən 18 nəfər yaralanıb.

Daha üç partlayış Bağdadda baş verib. Burada ölənlərin sayı 8 nəfərə çatıb, ən azı 28 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi