İraqda törədilən partlayışda azı 14 nəfər ölüb, 30-dan çox yaralı var - VİDEO

İraqda törədilən partlayışda azı 14 nəfər ölüb, 30-dan çox yaralı var - VİDEO Partlayış Bağdaddan 80 kilometr aralıda yerləşən Xalis şəhərinin yaxınlığında baş verib
Digər ölkələr
25 İyul , 2016 11:35
İraqda törədilən partlayışda azı 14 nəfər ölüb, 30-dan çox yaralı var - VİDEO

Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün səhər İraqın paytaxtı Bağdadın şimal-şərqində partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partladılması nəticəsində azı 14 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, partlayış Bağdaddan 80 kilometr aralıda yerləşən Xalis şəhərinin yaxınlığında baş verib.

Partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.

Yerli xəstəxanadan bildirilib ki, ölənlərin sayı arta bilər.

Son xəbərlər

Orphus sistemi