İraqda törədilən iki partlayış nəticəsində 11 nəfər ölüb

İraqda törədilən iki partlayış nəticəsində 11 nəfər ölüb Partlayışların hər ikisini kamikadzelər törədib
Digər ölkələr
6 Noyabr , 2016 12:31
İraqda törədilən iki partlayış nəticəsində 11 nəfər ölüb

Bakı. 6 noyabr. REPORT.AZ/ İraqda baş verən iki partlayış nəticəsində ən azı 11 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, terrorçu-kamikadze Tikrit şəhərinin girişində partlayıcı qurğunu işə salıb. Nəticədə ən azı 9 nəfər ölüb. Şəhərdə komendant saatı elan olunub.

İkinci partlayış Samirə şəhərində qeydə alınıb. Burada 2 nəfər həyatını itirib. Terrorçu-kamikadze Əl-Əsqəri məscidini ziyarətə gələn şiə zəvvarların olduğu avtomobil dayanacağında özünü partladıb.

Son xəbərlər

Orphus sistemi