Yuxarı

Kərkükdə neft quyusuna hücum nəticəsində 9 nəfər ölüb - YENİLƏNİB

Beş İŞİD terrorçu-kamikadzesi özünü partladıb

Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün səhər saatlarında İraqın Kərkük şəhərində beş İŞİD terrorçu-kamikadzesinin Cənab Həsən neft quyusu və qaz-kompressor stansiyasına hücumu nəticəsində 9 nəfər ölüb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, terrorçular qaz-kompressor stansiyası ərazisinə keçməzdən əvvəl müəssisənin 4 əməkdaşını qətlə yetiriblər.

Neft quyusunda törədilən partlayışdan sonra böyük yanğın baş verib.

***09:52

Bu gün terrorçular İraqın şimalında, Kərkük şəhərindən 15 km aralıda yerləşən AB2 qaz-kompressor stansiyasına hücum ediblər. Hücum zamanı obyekti mühafizə edən polis əməkdaşları ilə silahlılar arasında atışma baş verib.

"Report" xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən "Reuters" məlumat yayıb.

Hazırda polislərin obyektə nəzarəti ələ keçirib-keçirmədikləri məlum deyil. Agentliyin məlumatına görə, hücum nəticəsində ölən və yaralananların olma ehtimalı var.

Hücuma görə heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi