İraqda terrorçular elektrik stansiyasına hücum edib: 15 ölü

İraqda terrorçular elektrik stansiyasına hücum edib: 15 ölü Hücum zamanı daha 9 nəfər yaralanıb
Digər ölkələr
2 Sentyabr , 2017 19:28
İraqda terrorçular elektrik stansiyasına hücum edib: 15 ölü

Bakı. 2 sentyabr. REPORT.AZ/ İraqın Salahəddin vilayətinin Samirə şəhərində terrorçu kamikadzelərin elektrik stansiyasına hücumu nəticəsində 15 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi Salahəddin vilayətinin polisindəki mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, elektrik stansiyasına 7 terrorçu hücum edib. Onların hamısı atışma zamanı öldürülüb.

Hücum zamanı təhlükəsizlik qüvvələrinin 2 əməkdaşı və elektrik stansiyasının 6 işçisi də həlak olub. Mənbənin məlumatına görə, təhlükəsizlik qüvvələrinə elektrik stansiyasına nəzarəti tam bərpa etmək mümkün olub.

Hücum zamanı daha 9 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi