​İraqda terrorçular 17 hərbçini öldürüb

​İraqda terrorçular 17 hərbçini öldürüb Hadisə əl-Fəluca şəhəri yaxınlığında baş verib
Digər ölkələr
27 May , 2015 15:08
​İraqda terrorçular 17 hərbçini öldürüb

Bakı. 27 may. REPORT.AZ/ İraqın qərbində yerləşən Anbar əyalətində İŞİD silahlılarının terrorçu-intiharçıların iştirakı ilə etdiyi hücum nəticəsində azı 17 hərbçi həlak olub.

"Report" xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.

Birgə Hərbi Komandanlığın təmsilçisi Saad Maan İbrahim bildirib ki, əl-Fəluca şəhəri yaxınlığında baş verən hücumda terrorçuların hədəfində hərbçilər olub.

Qeyd edək ki, əl-Fəluca şəhəri İŞİD-in nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi