Bakı. 29 iyun. REPORT.AZ/ İraqda terror fəaliyyətində ittiham olunanlara qarşı 12 ölüm cəzası həyata keçirilib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, İraq hökuməti bəyanatında edamların Baş nazir Hayder əl-Abadinin fərmanına əsasən yerinə yetirildiyi bildirilib.
Qeyd edək ki, edamlar baş nazirin cəzaların tezliklə icra edilməsinə çağırışdan bir neçə saat sonra baş tutub.
Edam edilənlərin hamısı İraq Təhlükəsizlik Xidmətinin 7 əməkdaşının qaçırılması və öldürülməsində günahkar bilinib.