İraqda silsilə terror aktları törədilib: ölənlər və yaralananlar var

İraqda silsilə terror aktları törədilib: ölənlər və yaralananlar var Partlayışlar nəticəsində 5 nəfər həlak olub, daha 10 nəfər yaralanıb
Digər ölkələr
28 May , 2017 14:15
İraqda silsilə terror aktları törədilib: ölənlər və yaralananlar var

Bakı. 28 may. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərində terror aktları törədilib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Xəbərdə qeyd olunur ki, partlayışlar paytaxtın Əl-Nəhrəvan, Maskat və Humeyr rayonlarında törədilib. Partlayışlar nəticəsində 5 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

Eyni zamanda təhlükəsizlik qüvvələri Bağdadın qərbində 32 partlayıcı qurğunu zərərsizləşdiriblər.

Son xəbərlər

Orphus sistemi