İraqda terror aktları nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb

İraqda terror aktları nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb İnsidentə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb
Digər ölkələr
14 Sentyabr , 2017 23:59
İraqda terror aktları nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ İraqda törədilən iki terror aktı nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb.

"Report" "France Presse"ə istinadən xəbər verir ki, bundan əvvəl Di-Kar əyalətində restorana hücum nəticəsində 60 nəfərin öldüyü, daha 90 nəfərin isə yaralandığı bildirilirdi.

Qeyd olunur ki, terrorçular bununla yanaşı minalanmış avtomobili partladıblar və yol kənarındakı kafenin müştərilərinə hücum ediblər.

Terror aktlarına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Polisin məlumatına görə, ölənlər arasında 7 İran vətəndaşı var. Terrorçular hücumdan sonra naməlum istiqamətdə qaçaraq gizləniblər.

Son xəbərlər

Orphus sistemi