Yuxarı
    Bağlamaq

    ​İraqda terror aktları nəticəsində 10 nəfər həlak olub

    Çoxlu sayda insan yaralanıb

    Bakı. 29 may. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın əcnəbilər yaşayan rayonu ərazisində iki mehmanxanada törədilən partlayış nəticəsində ən azı 10 nəfər ölüb, xeyli sayda insan yaralanıb.

    "Report" BBC-yə istinadən xəbər verir ki, birinci partlayış "Vavilon" otelinin avtomobil dayanacağında, digəri isə əvvəllər "Şeraton" adlanan "İştar" mehmanxanası qarşısında baş verib.

    Baş verənlərə görə, hələ ki, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi