İraqda terror aktı törədilib, ölənlər var

İraqda terror aktı törədilib, ölənlər var Bakı. 7 yanvar. REPORT.AZ/ İraqda güclü partlayış törədilib.
Digər ölkələr
7 Yanvar , 2018 11:59
İraqda terror aktı törədilib, ölənlər var

Bakı. 7 yanvar. REPORT.AZ/ İraqda güclü partlayış törədilib.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" ölkənin təhlükəsizlik orqanlarına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Diyala vilayətində baş verib. Belə ki, tayfa başçılarından birinin evinin yaxınlığında minalanmış avtomobil partladılıb. Bundan sonra kamikadze evə soxularaq özünü partladıb. Nəticədə tayfa başçısının xanımı, iki qohumu ölüb. 

Yerli mətbuat isə hadisə zamanı ölənlərin sayının çox olduğunu bildirib. 

Partlayış nəticəsində yaxınlıqdakı evlərin çoxuna və avtomobillərə zərər dəyib. Ölənlərin sayının artacağı bildirilir.

İraqın təhlükəsizlik qüvvələri ərazini əhatəyə alıb.

Son xəbərlər

Orphus sistemi