Yuxarı

İraqda terror aktı nəticəsində 60 nəfər həlak olub, 200 nəfər yaralanıb

Məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib

Bakı. 13 avqust. REPORT.AZ/ Bağdadın yaxınlığındakı yaşayış məntəqəsinin bazarlarının birində partlayıcı qurğunun yerləşdirildiyi avtomobilin partlaması nəticəsində ən azı 60 nəfər həlak olub, daha 200 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli polis və tibb işçilərinə istinadən məlumat yayıb. 

Terror aktına görə məsuliyyəti hələlik regionda fəaliyyət göstərən heç bir qruplaşma üzərinə götürməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi