Yuxarı

İraqda terror aktı baş verib: 9 nəfər ölüb, bir neçə nəfər yaralanıb

Partlayışı terrorçu kamikadze törədib

Bakı. 9 oktyabr. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərinin şərqində baş vermiş partlayış zamanı 9 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "As Sumaria" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə paytaxtın Əl-Cədid rayonunda olub. Polisin verdiyi məlumatda bildirilir ki, partlayışı terrorçu kamikadze törədib.

Hadisə zamanı bir neçə nəfər xəsarət alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi