İraqda son həftə ərzində keçirilən aksiya qurbanlarının sayı 100 nəfərə çatıb

İraqda son həftə ərzində keçirilən aksiya qurbanlarının sayı 100 nəfərə çatıb İraqda son həftə ərzində etiraz aksiyalarında onlarla insan həlak olub.
Digər ölkələr
31 Oktyabr , 2019 03:40
İraqda son həftə ərzində keçirilən aksiya qurbanlarının sayı 100 nəfərə çatıb

İraqda son həftə ərzində etiraz aksiyalarında onlarla insan həlak olub.

"Report" xəbər verir ki, bu barədə ölkənin İnsan Hüquqları üzrə Ali Komissiyası bildirib.

Komissiyanın məlumatına görə, oktyabrın 25-dən 30-dək keçirilən etiraz aksiyaları nəticəsində onlarla insan həlak olub. Etirazlar zamanı həmçinin minlərlə insan müxtəlif xəsarətlər alıb.

"Son günlər təhlükəsizlik orqanları və nümayişçilər arasında yaranmış toqquşmalar, zorakılıq, gücdən, gözyaşardıcı qazdan və daşlardan istifadə 100 nəfərin həlak olması, daha 5,5 min nümayişçi və təhlükəsizlik qüvvələri əməkdaşlarının xəsarət alması ilə nəticələndi", - deyə komissiyanın "Facebook"da yayımladığı xəbərində deyilir.

Son xəbərlər

Orphus sistemi