Yuxarı

​İraqda silsilə terror aktları nəticəsində 56 nəfər ölüb

Ən ciddi partlayış Diyala əyalətində baş verib

Bakı. 6 oktyabr. REPORT.AZ/ İraqda silsilə avtomobil partlayışları nəticəsində 50-dən çox insan həyatını itirib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, ən ciddi partlayış ölkənin şərqində yerləşən Diyala əyalətində baş verib.

Terror aktı nəticəsində ən azı 32 nəfər ölüb, daha 58 nəfər yaralanıb. Partlayış əhalinin çox olduğu ticarət küçəsində qeydə alınıb.

İraqın cənubunda yerləşən Bəsrə əyalətində oxşar terror aktı nəticəsində 10 nəfər ölüb, 25 nəfər yaralanıb.

Bağdadda, şəhər ətrafında törədilən partlayış nəticəsində ən azı 14 nəfər ölüb, daha 25 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi