Bakı. 27 yanvar. REPORT.AZ/ Bağdadın beynəlxalq hava limanında sərnişin təyyarəsi naməlum şəxslər tərəfindən atəşə tutulub.
"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, aeroportun təhlükəsizlik xidmətinin nümayəndələri insidentin bazar ertəsi axşam, təyyarə hava limanının enmə zolağına daxil olarkən baş verib.
Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.
Yerli KİV-in məlumatına görə, təyyarə Birləşmiş Ərəb Əmirliklərinin "Flydubai" aviaşirkətinə məxsus olub. Hazırda insident araşdırılır.