İraqda partlayış törədilib, 9 nəfər ölüb, 11 nəfər yaralanıb

İraqda partlayış törədilib, 9 nəfər ölüb, 11 nəfər yaralanıb Hərbçilər 3 terrorçunu zərərsizləşdirsə də, 4-cü özünü partladıb
Digər ölkələr
23 İyun , 2017 16:00
İraqda partlayış törədilib, 9 nəfər ölüb, 11 nəfər yaralanıb

Bakı. 23 iyun. REPORT.AZ/ İraqın qərbində Ənbar əyalətinnin Əş-Şühəda rayonunun Əl-Bağdadi yaşyış məntəqəsində 4 terrorçu-kamikadzenin hərbçilərə və mülki sakinlərə hücumu nəticəsində bir əsgər və 8 dinc sakin ölüb, daha 11-i isə yaralanıb.

“Report” xəbər verir ki, bu haqda “IraqiNews.com” saytı məlumat yayıb.

Hərbçilər 3 terrorçunu zərərsizləşdirsə də, 4-cü özünü partladıb.

Məlumata görə, bir müddət əvvəl Əl-Bağdadi rayonu terrorçu İŞİD qruplaşmasının nəzarəti altında idi. Hazırda İraq ordusu ora dövlətin nəzarətini təmin edib. 

Son xəbərlər

Orphus sistemi