Yuxarı

​İraqda partlayış: ölənlərin sayı 100 nəfərə çatıb

Hadisə zamanı yaxınlıqdakı bir neçə bina uçub

Bakı. 18 İyul. REPORT.AZ/ İraqın Xan-Bəni-Səəd şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb. Onların arasında çoxlu sayda uşaqlar var.

"Report" xəbər verir ki, güclü partlayış müsəlmanların Ramazan bayramını qeyd etdiyi günü şəhərin bazarında baş verib.

Polislərin məlumatına görə, partlayış nəticəsində yaxınlıqda olan bir neçə bina uçub və dağıntılar altında insanlar qala bilərlər.

Hücuma görə kimin məsul olduğu hələ məlum deyil.

Xan-Bəni-Səəd Diyala əyalətində şiələrin əksəriyyət təşkil etdiyi şəhərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi