Yuxarı

​İraqda Mosul şəhərinin azad olunması üzrə əməliyyata başlanılıb

Əməliyyatlarda ölkənin bütün növ qoşun birləşmələri iştirak edəcək

Bakı. 6 mart. REPORT.AZ/ İraqda Mosul şəhərinin azad edilməsi üzrə əməliyyata başlanılıb.

"Report" xəbər verir ki, bu bəyanatla "Alsumaria" telekanalının efirində ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerk çıxış edib.

Bağdadda olan diplomat bildirib ki, hər şeydən əvvəl Mosul ilə terrorçuların Suriyada paytaxt elan etdikləri Raqqa arasındakı təchizat yolları bağlanıb.

Makqerkin sözlərinə görə, kampaniya çətin olacaq, lakin əməliyyat planı yaxşı hazırlanıb.

İraqın baş naziri Heydər əl-Abadi əməliyyatlarda bütün növ qoşun birləşmələrinin iştirak edəcəyini bildirib. Ordu xalq könüllüləri və ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın havadan dəstəyini alacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi