Bakı. 18 yanvar. REPORT.AZ/ İraqda ən azı 13 nəfər minanın partlaması nəticəsində həyatını itirib.
"Report" TASS-a istinadən xəbər verir ki, insident Rəmadi şəhərinin şərqində baş verib.
Partlayış yerli sakinlərdən ibarət qrupun İraq hərbçiləri ilə İŞİD terrorçuları arasında döyüşlərin getdiyi ərazini tərk etmək istəyərkən yolda baş verib.