Yuxarı
    Bağlamaq

    İraqda kütləvi məzarlıq aşkar olunub

    Məzarlıqda 100 nəfərin meyiti tapılıb

    Bakı. 8 noyabr. REPORT.AZ/ İraqın Mosul şəhərindən cənubda 100 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkar edilib.

    "Report" xəbər verir ki, bu barədə İraq ordusu komandanlığına istinadən Qərb mətbuatı yazıb.

    Məlumata görə, məzarlıq İŞİD terror qruplaşmasından azad olunan Hammam əl-Əlilyə şəhərində yerləşən Kənd Təsərrüfatı İnstitutunun ərazisində tapılıb.

    "İŞİD-in quldur dəstələri insanlarımıza qarşı cinayət törətməkdə davam edirlər", - deyə komandanlıqdan bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi