İraqda kafedə baş vermiş partlayışda 11 nəfər həlak olub

İraqda kafedə baş vermiş partlayışda 11 nəfər həlak olub Partlayış zamanı həhmçinin daha 15 nəfər xəsarət alıb
Digər ölkələr
12 Oktyabr , 2017 04:55
İraqda kafedə baş vermiş partlayışda 11 nəfər həlak olub

Bakı. 12 oktyabr. REPORT.AZ/ İraqda kafedə baş vermiş partlayışda 11 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə Ənbar vilayətinin Hit şəhərində baş verib. Partlayış zamanı həmçinin daha 15 nəfər xəsarət alıb.

Parlayıcı qurğu kamikadze tərəfindən işə salınıb. Həlak olanların və xəsarət alanların hamısı dinc sakinlərdir. 

İraqın təhlükəsizlik qüvvələri vilayətin qərbində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirir. Hit hərbi əməliyyat meydanından təxminən 160 kilometr məsafədə yerləşir. 

Son xəbərlər

Orphus sistemi