İraqda iğtişaşlar zamanı 6 nəfər ölüb

İraqda iğtişaşlar zamanı 6 nəfər ölüb Bakı. 5 sentyabr. REPORT.AZ/ İraqın Bəsrə şəhərində ikinci gündür davam edən iğtişaşlar zamanı azı 6 nəfər ölüb və onlarla insan yaralanıb.
Digər ölkələr
5 Sentyabr , 2018 05:50
İraqda iğtişaşlar zamanı 6 nəfər ölüb

Bakı. 5 sentyabr. REPORT.AZ/ İraqın Bəsrə şəhərində ikinci gündür davam edən iğtişaşlar zamanı azı 6 nəfər ölüb və onlarla insan yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə hadisə yerində olan mənbə məlumat verib.

Onun sözlərinə görə, ölən və yaralananlar arasında həm etirazçılar, həm də polislər var.

Agentliyin həmsöhbəti bildirib ki, hazırda yüzlərlə nümayişçi əyalət administrasiyasının binasını mühasirəyə alıb. Müəssisənin yuxarı mərtəbələri alova bürünüb. Polis mitinqçiləri dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edir.

Son xəbərlər

Orphus sistemi