İraqda İŞİD silahlılarının hərbçilərə və polisə hücumu nəticəsində 4 nəfər həlak olub

İraqda İŞİD silahlılarının hərbçilərə və polisə hücumu nəticəsində 4 nəfər həlak olub Hərbi posta hücuma iki terrorçu-kamikadze və bombalı avtomobil cəlb olunub
Digər ölkələr
6 Yanvar , 2017 14:37
İraqda İŞİD silahlılarının hərbçilərə və polisə hücumu nəticəsində 4 nəfər həlak olub

Bakı. 6 yanvar. REPORT.AZ/ İŞİD terror qruplaşmasının silahlıları dünən gecə saatlarında İraqın şimalındakı Tikrit şəhəri yaxınlığında yerləşən Əl-Daur bölgəsində hərbi posta və polis bölməsinə hücum ediblər.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Hücum nəticəsində 4 hərbçi həlak olub, daha 12 nəfər yaralanıb. Hərbi posta hücuma iki terrorçu-kamikadze və bombalı avtomobil cəlb olunub.

Terrorçular bir qədər sonra polis bölməsinə hücum edərək binanı yandırıblar. Bu hücum zamanı xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi