​İraqda İŞİD liderlərindən biri öldürülüb

​İraqda İŞİD liderlərindən biri öldürülüb İraqın müxtəlif şəhərlərində keçirilən hərbi əməliyyatlar nəticəsində qruplaşmanın 86 silahlısı zərərsizləşdirilib
Digər ölkələr
22 May , 2015 11:21
​İraqda İŞİD liderlərindən biri öldürülüb

Bakı. 22 may. REPORT.AZ/ İraqın müxtəlif şəhərlərində keçirilən hərbi əməliyyatlar nəticəsində İŞİD-in 86 silahlısı öldürülüb.

"Report" "Anadolu" agnetliyinə istinadən xəbər verir ki, bu haqda İraqın Müdafiə Nazirliyi yazılı açıqlama yayıb.

Nazirlik bildirib ki, ABŞ hərbçilərinin başçılığı ilə Səlahəddin əyalətinin Bəyci rayonunda, Anbar əyalətinin mərkəzi Ramadi, Kərkükün Havice, Mosulun mərkəzi, Təlafər və Şərafəddin rayonlarında keçirilən hərbi əməliyyat nəticəsində 31 terrorçu öldürülüb.

İraq təhlükəsizlik qüvvələrinin Anbar əyalətinin Kermə rayonunda keçirdiyi əməliyyatda İŞİD-in yerli lideri Əbu Abdullah əş-Şami zərərsizləşdirilib.

Anbarın Hüseybiyə bölgəsində 24 terrorçu öldürülüb, 19-u yaralanıb. Kermədə 23, başqa ərazilərdə keçirilən əməliyyat nəticəsində isə 7 terrorçu öldürülüb. 

Son xəbərlər

Orphus sistemi