İraqda İŞİD-in 40 terrorçusu öldürülüb

İraqda İŞİD-in 40 terrorçusu öldürülüb Beynəlxalq koalisiya qüvvələri Ramadinin şərqindəki bölgələrə hava hücumu təşkil edib
Digər ölkələr
6 Dekabr , 2014 14:27
İraqda İŞİD-in 40 terrorçusu öldürülüb

Bakı. 6 dekabr. REPORT.AZ/ İraqın Ramadi şəhərində İŞİD qruplaşmasına qarşı təşkil edilən hava hücumunda 40 terrorçu öldürülüb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Ənbar vilayətinin təhlükəsizlik rəisi Kazım Məhəmməd əl-Fehdavi məlumat verib.

Onun sözlərinə görə, beynəlxalq koalisiya qüvvələri Ramadinin şərqindəki bölgələrə hava hücumu təşkil edib. O, həmçinin qeyd edib ki, hücumda 40 İŞİD tərəfdarı ölüb, 6 maşını isə məhv edilib.

Qeyd edək ki, İŞİD-in cari ilin iyun ayında İraqın Mosul vilayəti başda olmaqla digər bölgələri ələ keçirməsindən sonra qruplaşma ilə güc strukturları arasında qarşıdurmalar geniş vüsət alıb. Bu səbəbdən ABŞ və koalisiya qüvvələri İraq ordusuna havadan dəstək verir.

Son xəbərlər

Orphus sistemi