Yuxarı

​İraqda İŞİD-in təhlükəli silahlısı öldürülüb

Bombardman nəticəsində bu qruplaşmanın nəqliyyat vasitəsi də məhv edilib

Bakı. 3 mart. REPORT.AZ/ ABŞ-ın başçılığı altında beynəlxalq koalisiyanın İraqın Ənbar əyalətinin Sübhəyat bölgəsində terrorçu İŞİD qruplaşmasının mövqelərinə endirdiyi hava zərbələri nəticəsində 17 silahlı zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu haqda "Al-Sumaria" telekanalı məlumat yayıb.

Öldürülənlərdən birinin adı Riyad Əhməd İsa əl-Xəlifauidir. Koalisiya komandanlığı onun çox təhlükəli olduğunu bildirib.

Məlumata əsasən, bombardman nəticəsində İŞİD-ə məxsus 13 nəqliyyat vasitəsi də məhv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi