İraqda İŞİD-in hücumu nəticəsində 32 nəfər ölüb, 28 nəfər yaralanıb

İraqda İŞİD-in hücumu nəticəsində 32 nəfər ölüb, 28 nəfər yaralanıb Yeddi nəfərlik qruplaşma hərbi forma geyinərək Tikritə hücum edib
Digər ölkələr
5 Aprel , 2017 23:50
İraqda İŞİD-in hücumu nəticəsində 32 nəfər ölüb, 28 nəfər yaralanıb
islamidavet.com

Bakı. 5 aprel. REPORT.AZ/ İŞİD terrorçularının İraqın şimalındakı Salah-ed-Din vilayətinin yaşayış məntəqəsinə hücumu nəticəsində 32 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Tikrit şəhərində baş verib. Hücum zamanı daha 28 nəfər xəsarət alıb.

Agentliyin şəhər polisindəki mənbəyə istinadən verdiyi məlumatda qeyd olunur ki, İŞİD-in 7 nəfərlik qruplaşması hökumət qüvvələrinin hərbi formasını geyinərək Tikritin cənubundakı Zuxur yaşayış məntəqəsinə hücum edib. Terrorçular bundan sonra evlərə daxil olaraq sakinlərinə nizamsız atəş açıblar.

Ölən və yaralananlar arasında çoxlu dinc sakin var. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.

İraqın təhlükəsizlik xidmətinin əməkdaşları dərhal terrorçuların tapılması istiqamətində əməliyyata başlayıblar. Onlar iki terrorçu məhv ediblər. Daha bir terrorçu-kamikadze isə bədənindəki partlayıcı qurğu ilə özünü partladıb. 

Son xəbərlər

Orphus sistemi