İraqda İŞİD-in hücumu nəticəsində 30-dan çox adam həlak olub

İraqda İŞİD-in hücumu nəticəsində 30-dan çox adam həlak olub Hücum nəticəsində daha 40 nəfər yaralanıb
Digər ölkələr
10 İyun , 2017 20:40
İraqda İŞİD-in hücumu nəticəsində 30-dan çox adam həlak olub
Courtesy İmage

Bakı. 10 iyun. REPORT.AZ/ İŞİD terror qruplaşması İraqın Mosul şəhərindən 100 kilometr cənubda yerləşən Şirkat şəhərinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı İraq polisinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə şənbə günü baş verib. İraq polisinin xəbərinə görə, hücum nəticəsində azı 30 nəfər həlak olub. Ölənlər arasında hərbçilərlə yanaşı, mülki şəxslər də var. 

"Reuters" isə hücum nəticəsində daha 40 nəfərin yaralandığını xəbər verib. Agentliyin xəbərində bildirilir ki, İraq hərbçiləri terrorçuların hücumunu dəf edib və İŞİD-in 10-dan çox silahlısı məhv edilib. 

Son xəbərlər

Orphus sistemi