İraqda hərbi vertolyot qəzaya uğrayıb, ölənlər var

İraqda hərbi vertolyot qəzaya uğrayıb, ölənlər var Hadisə nəticəsində 7 hərbi qulluqçu həlak olub
Digər ölkələr
12 noyabr 2017 08:26
İraqda hərbi vertolyot qəzaya uğrayıb, ölənlər var

Bakı. 12 noyabr. REPORT.AZ/ İraqda "Mi-17" vertolyotu qəzaya uğrayıb.

"Report"un xəbərinə görə, bu barədə "Iraqi News" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Vasit vilayətində baş verib. Belə ki, təlim uçuşunu həyata keçirən vertolyot Əl-Kut rayonunda, eyniadlı bazada qəzaya uğrayıb.

Hadisə nəticəsində 7 hərbi qulluqçu həlak olub.

Qəzanın başvermə səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi