İraqda etiraz aksiyalarında ölənlərin sayı 30 nəfəri ötüb - YENİLƏNİB

İraqda etiraz aksiyalarında ölənlərin sayı 30 nəfəri ötüb - YENİLƏNİB İraqda hökumətə qarşı keçirilən etiraz nümayişləri zamanı ölənlərin sayı artıb.
Digər ölkələr
117
29 Noyabr , 2019 08:36
İraqda etiraz aksiyalarında ölənlərin sayı 30 nəfəri ötüb - YENİLƏNİB

İraqda hökumətə qarşı keçirilən etiraz nümayişləri zamanı ölənlərin sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb. 

Qeyd edilir ki, ölkənin müxtəlif regionlarında polislə qarşıdurmalarda 30-dan çox insan öldürülüb. 

Xatırladaq ki, oktyabrın 1-dən etibarən ölkədə işsizliyə, korrupsiyaya, dövlət xidmətlərinin fəaliyyətinə qarşı etiraz nümayişləri getdikcə hökumətə qarşı çevrilib.


***21:06

İraqda bu gün hökumətə qarşı keçirilən etiraz nümayişləri zamanı azı 27 nəfər həlak olub.

Bu barədə “Report” BBC-yə istinadən xəbər verir.

Bildirilir ki, ölkənin cənubundakı Nəsiriyyə şəhərində təhlükəsizlik qüvvələrinin körpünü boşaltmaq üçün nümayişçilərə atəş açması nəticəsində azı 20 nəfər öldürülüb. Daha 4 nəfər Bağdadda, 3 nəfər isə İranın Baş Konsulluğunda yanğın zamanı (Nəcəf şəhərində) ölüb. Qarşıdurmalar zamanı həmçinin daha 18 nəfər yaralanıb. Qeyd edək ki, Nəsiriyyə baş nazir Adil Əbdül Mehdinin doğma şəhəridir.

Xatırladaq ki, oktyabrın 1-dən etibarən ölkə boyu işsizliyə, korrupsiyaya, dövlət xidmətlərinin yarıtmaz fəaliyyətinə qarşı etiraz nümayişləri getdikcə hökumətə qarşı çevrilib. 

Son xəbərlər

Orphus sistemi