​İraqda Əbubəkr əl-Bağdadinin "müavini" öldürülüb

​İraqda Əbubəkr əl-Bağdadinin "müavini" öldürülüb İraq qırıcıları İŞİD-in toplantı keçirdiyi binanı bombalayıb
Digər ölkələr
30 İyul , 2016 03:14
​İraqda Əbubəkr əl-Bağdadinin müavini öldürülüb

Bakı. 30 iyul. REPORT.AZ/ İraqda İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin "müavini" öldürülüb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə İraqın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, İraqın xüsusi xidmət orqanları Suriya ilə sərhəddə yerləşən Əl-Əli bölgəsində İŞİD-in yüksək səviyyəli "rəsmiləri"nin iştirakı ilə yığıncağın keçirildiyi barədə mlumat əldə edib. Ardınca İraq ordusuna məxsus təyyarələr Bağdadinin "müavinləri"ndən birinin rəhbərlik etdiyi toplantının keçirildiyi binaya zərbə endirib.

Nəticədə Bağdadinin "müavini" ilə yanaşı onlarla terrorçu öldürülüb. "Müavin"in şəxsiyyəti barədə məlumat verilmir.

Hücum zamanı, həmçinin binadakı silah anbarının tamamilə dağıdıldığı, üç maşının istifadəyə yararsız hala gətirildiyi, bomba yüklü iki maşının məhv edildiyi bildirilib.

Son xəbərlər

Orphus sistemi